backend

“Bakı Metropoliteni” qış qrafikinə keçib

“Bakı Metropoliteni” qış qrafikinə keçib





















“Biz sərnişin sıxlığını nəzərə alaraq bu addımı atmışdıq”.

Bu gündən etibarən “Bakı Metropoliteni” QSC qatarların qış qrafiki üzrə hərəkəti təmin edib.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, iyulun 17-dən etibarən metropoliten yay qrafiki ilə fəaliyyət göstərib:

“Bu qrafikə görə xəttə buraxılan qatarların sayı 24 cüt, qatarlar arasındakı intervallar isə 4-6 dəqiqə artırılıb. Biz sərnişin sıxlığını nəzərə alaraq bu addımı atmışdıq”.

N. Paşayev deyib ki, yay rejimində gündəlik olaraq metronun xidmətindən 400-450 min sərnişin istifadə etdiyi halda, qış rejimində metrodan gündəlik olaraq 700 min sərnişin istifadə edir.

“Biz əlimizdə olan imkanlardan istifadə edərək həmin qatarların əsaslı və cari təmirlərini, eskalatorlarını və digər texniki avadanlıqlarının baxış və təmirlərini həyata keçirmişik. Hər il olduğu kimi, bu il də sentyabrın 15-də “Bilik günü” ilə əlaqədar şagirdlərin, müəllimlərin və tələbələrin dərs ilin başlaması ilə əlaqədar metropolitendə sıxlığın müşahidə edilməsi əvvəlcədən bilinən idi”, - deyə o bildirib.

QSC rəsmi bildirib ki, sentyabrın 15-dən etibarən “Bakı Metropoliteni” qış qrafiki ilə fəaliyyət göstərir:

“Bununla bağlı artıq xətlərə 30 cüt qatar buraxılıb. İntervallar da maksimum dərəcədə azaldılıb. Pik və qeyri-pik saatlarında intervalların vaxtı artırılıb. Hazırda intervallar arasında 1,5-2,5 dəqiqədir”.

Səhər saatlarında metropolitenin bütün stansiyalarında normal olaraq sıxlıq müşahidə olunduğunu deyən N. Paşayev, hər hansı xoşagəlməz hadisə qeydə alınmadığını da vurğulayıb.

Qeyd edək ki, qış mövsümü tədris ilin yekunlaşana qədər davam edəcək.