backend

Gecə-gecə əhaliyə BƏD xəbər - KASIB YAZIQ NEYLƏSİN!!!

Gecə-gecə əhaliyə BƏD xəbər - KASIB YAZIQ NEYLƏSİN!!!

Böhran başlayıb

Azərbaycanda kərə yağının qiyməti bahalaşıb. İstiPress xəbər verir ki, ticarət şəbəkələrində kiloqramı 14,8 manata satılan “Ankor” yağının qiyməti 15,2 manata yüksəlib.

Qeyd edək ki, Azərbaycan yağa olan tələbatını idxal hesabına ödəyir. Cari ilin 6 ayında ölkəyə 32 688.14 min dollar dəyərində - 7 767.35 ton kərə yağı idxal edilib. Hesabat dövründə kərə yağı idxalı 0,4 faiz azalıb.

Xatırladaq ki, Avropada kərə yağı böhranı başlayıb. İlin əvvəlindən Avropada kərə yağının qiyməti 100% artım göstərib. Ancaq iyun ayında kərə yağı 14% bahalaşıb. Buna səbəb kimi süd istehsalındakı azalma, tələbdə isə artım amilləri göstərilir.

Avropadakı qida şirkətləri yaxın aylarda qida bazarında kərə yağı qıtlığının yaranacağını və qiymətlərin bir qədər də artacağını bildirir.

Qaynarxett.az