backend

Bakının mərkəzi küçələri bağlandı

Bakının mərkəzi küçələri bağlandı

















Sürücülərə alternativ yol göstərilib.

Paytaxtda mərkəzi küçələr təmir işləri ilə əlaqədar bağlanıb.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qaynarxett.az-a verilən məlumata görə, hazırda Büblül pr. S.Əsgərova küçəsi ilə kəsişmədən Füzuli küç. kəsişməyə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsilə əlaqədar olaraq yol bağlıdır.

Həmçinin, Salatın Əsgərova küçəsi S.Vurğun küç. ilə kəsişmədən R.Behbudov küç. kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsilə əlaqədar olaraq yol bağlıdır.

Sürücülərə Bülbül pr.-ə alternativ olaraq Səməd vurğun küçəsindən, Salatın Əsgərova küçəsinə alternativ olaraq isə Füzuli küçəsindən istifadə etmək tövsiyə olunur.