backend

Məktəb geyimlərini ucuz alıb bahalı satan təhsil şöbəsinin vəzifəlilərinə cinayət işi açıldı

Məktəb geyimlərini ucuz alıb bahalı satan təhsil şöbəsinin vəzifəlilərinə cinayət işi açıldı




















İstintaq tədbirləri davam etdirilir.

Abşeron rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokuroluğundan qaynarxett.az-a daxil olan məlumata görə, araşdırmalar zamanı Təhsil şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.