backend

TƏCİLİ!!! Bugün qəfil ölən aktirisamız görün HARADA dəfn ediləcək - Ürəyiniz parçalanacaq!

TƏCİLİ!!!  Bugün qəfil ölən aktirisamız görün HARADA dəfn ediləcək - Ürəyiniz parçalanacaq!

"Mila Əminənin nəşi Türkiyədə torpağa tapşırılacaq".
Bu sözləri Publika.az-a aktrisanın yaxın dostu Sevinc Şirinova deyib. Onun sözlərinə görə, buna səbəb cəsədin Türkiyədən Azərbaycana gətirilməsi üçün kifayət qədər vəsaitin olmamasıdır: "Mətbuata çox təşəkkür edirəm ki, rəfiqəmin faciəsini işıqlandırır. Çünki Milanın ən yaxınları, qohumlarının çoxu hələ də hadisədən xəbərsizdirlər.
Milanın anası hazırda şok keçirir. Buna görə də onun nə süni nəfəs aparatından ayrılmasına, nə də orqanlarının bağışlanmasına icazə verilir. Anası Türkiyə vətəndaşı olduğu üçün rəfiqəmin nəşi oradakı kimsəsizlər qəbiristanlığında basdırılacaq. Ancaq biz bunu istəmirik. Cəsədin təyyarə ilə ölkəyə gətirilməsi üçün 5000 manat vəsait tələb edilir. Buna görə də imkanlı şəxslərə müraciət edərək kömək istəyirəm ki, heç olmasa, Milanın məzarı bizim yanımızda olsun".

Qeyd edək ki, Azərbaycanlı aktrisa Mila Əminə dünyasını dəyişib.Mərhumun yaxınları aktrisanın bu gün dünyasını dəyişdiyini vurğulayıb. Ölümə səbəb kimi isə meningit xəstəliyi göstərilir.

Qeyd edək ki, Mila bir neçə filmdə və o cümlədən Xəzər TV-də "Kölgə" serialında rol alıb.