backend

Çempion adın halal olsun İqbal!

Çempion adın halal olsun İqbal!

Avropa Çempionu Vətəndə təntənə ilə qarşılandı

Bolqarıstanda sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Balakən rayonunun Qazma kənd sakini İqbal Hacızadə elə rayonun girəcəyində təntənə ilə qarşılanıb.Qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin əməkdaşları ilə yanaşı, sadə Balakənlilər də iştirak edib. Qələbə ilə Vətənə dönən Avropa çempionu ilk əvvəl Ümummlilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüb. Təntənəli qarşılanma mərasimi daha sonra İqbalın böyüyüb boya-başa çatdığı Qazma kəndində davam edib.Qeyd edək ki, Balakənlilərin idmanın bir çox növləri üzrə uğurları çox olsa da, bu sərbəst güləş idman növü üzrə qazanılan ilk uğurdur.
Bəli, İqbal nəinki doğulub boya-başa çatdığı Balakənin, eləcə də Azərbaycanın adını dünya idman tarixinə yazdı. Balakənlilər bu idmançı gənclə fəxr edə, onun adını uca tuta bilərlər. Biz də bu ümumrespublika sevincinə qoşulub İqbal Hacızadəyə daha parlaq qələbələr arzulayırıq və “halal olsun” deyirik.
A.Ramazanqızı (Azərinform)