backend

SON DƏQİQƏ!!! İran Azərbaycanı TƏHDİD ETDİ - Tehrandan yeni ƏRAZİ İDDİASI

SON DƏQİQƏ!!! İran Azərbaycanı TƏHDİD ETDİ - Tehrandan yeni ƏRAZİ İDDİASI

“Tehran məsələni güc yolu ilə həll etmək istəyir”

İranın milli neft şirkəti “Nioc” bu ilin əvvəlindən öz layihələri sırasına Xəzərdə yerləşən ″Sardar-Canqal″ yatağını da daxil edib.

İstiPress-in məlumatına görə, bu barədə məqalə dərc etmiş "Financial Tribune" portalı 2011-1012-ci illərdə açılmış yataqda 2 mlrd. barel yüngül neftin və 50 trilyon kub metr qazın olduğunu iddia edib. “Financial Tribune”un yazdığına görə, “Nioc” açıqlamasında ″Sardar-Canqal″ yatağına xarici sərmayəçiləri dəvət edib, eyni zamanda Xəzərdə Azərbaycanla İranın birgə əməkdaşlıq etməsi mümkündür.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində bunu İranın Azərbaycana ərazi iddiası kimi dəyərləndirib: “İranın ″Sardar-Canqal″ yatağı adlandırdığı sahə əslində Azərbaycanın “Alov, Araz və Şərq” strukturunun bir hissəsidir. İran Xəzərin 20 faizinin ona məxsus olduğunu iddia edir. Hətta bu iddia belə nəzərə alındıqda Tehranın ″Sardar-Canqal″ adlandırdığı ″Araz″ yatağının çox kiçik hissəsi İranın payına düşür. Reallıqda isə İranın sərhədləri çox aşağıdan keçir

SON DƏQİQƏ!!! İran Azərbaycanı TƏHDİD ETDİ - Tehrandan yeni ƏRAZİ İDDİASI

“Alov, Araz və Şərq” strukturu Azərbaycanda ən geniş ofşor sahə kimi qiymətləndirilir. “Alov” Bakının təxminən 120 kilometr cənub-şərqində yerləşir. Struktur 7 milyard barelə yaxın neft və 400 milyard kubmetr təbi qaz ehtiyatlarına malik ola biləcəyi ehtimal edilir. Strukturda ilk kəşfiyyat işləri 1998-ci ildə başlayıb. O vaxt ARDNŞ bir sıra qərb şirkətləri ilə strukturun işlənməsinə dair saziş bağlamışdı və ilk kəşfiyyat işlərinə başlanmışdı. Lakin 2001-ci ildə İran hərbi gəmiləri kəşfiyyat işlərinə müdaxilə etdilər. Hadisə zamanı bir neçə nəfərin öldüyü bildirilir. O vaxtdan struktur üzrə işlər dayandırılıb.

İlham Şaban İranın bu məsələdə gücə arxalandığını bildirir: “İran Xəzər hövzəsində Rusiüyadan sonra ikinci hərbi gücə malik ölkədir. Ona görə güc yolu ilə Xəzərdə 20 faiz paya sahib olmaq istəyir”.

SON DƏQİQƏ!!! İran Azərbaycanı TƏHDİD ETDİ - Tehrandan yeni ƏRAZİ İDDİASI
İranın ″Sardar-Canqal″ adlandırdığı ″Araz″ yatağı
Əslində, SSRİ ilə İran arasında bağlanmış müqaviləyə görə, Xəzər göl kimi bölünmüşdü və İran həmin bölgüdə 11 faiz paya malik idi. Hazırda İran həmin bölgünü tanımaq istəmir və payını 20 faizə qaldırmaq istəyir. Bu isə Azərbaycana və Türkmənistana qarşı ərazi iddiaları deməkdir. İranın iddia etdiyi ərazilərdə bir sıra neft yataqları var və İran həmin yataqları öz nəzarətinə götürmək istəyir.

Lakin İlham Şabanın dediyinə görə, İran həmin yataqları təkbaşına istismar etmək qabiliyyətində deyil: “Tehranın həmin yataqlara iddianı yenidən səsləndirməsi ABŞ-ın sanksiyaları sərtləşdirməsinə cavab olaraq etdiyi blefdən başqa bir şey deyil. Yataqlar Xəzərin dərin hissəsində yerləşir, orada suyun dərinliyi 1000 metrdən yuxarıdır, laylar isə 5-6 kilometr dərinlikdə yerləşir. İran o yataqlarda heç üçölçülü ölçmə belə apara bilməyib. Ona görə də İranın yataqdakı ehtiyatlar barədə dedikləri hamısı belfdir”,- deyə İlham Şaban vurğulayır.

Bakıdakı qərb neft şirkətlərinə yaxın mənbənin dediyinə görə, qərb kəşfiyyatı da apardığı kosmik müşahidələr nəticəsində müəyyən edib ki, İran ərazidə heç bir tədqiqat aparmayıb. Sadəcə, sahib olduğu tək üzən qazma qurğusunu yatağın üzərinə apararaq boş-boşuna işlədir, yəni qazma işləri apardığının görüntüsünü yaradır.

Həmin yataqların işlənməsi yalnız Xəzərin yekun statusu müəyyən ediləndən sonra mümkündür, 2012-ci ildə İran yatağın ehtiyatları barədə açıqlama yayanda Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək dünyanın aparıcı şirkətlərinə xəbərdarlıq edib. Yəni həmin yataqların işlənməsinə qatılan istənilən şirkətin Azərbaycanla istənilən əməkdaşlığı dayandırılacaq.

Çingiz Rüsətmov / İstiPress