backend

Təcili!!! NƏVƏ BABANI BİTİRDİ: Əli Həsənovun evləri 18 mindən satması araşdırılır

Təcili!!!   NƏVƏ BABANI BİTİRDİ: Əli Həsənovun evləri 18 mindən satması araşdırılır

Baş nazirin müavini, “Qaqçınkom” sədri Əli Həsənovun məcburi köçkünlərə, şəhid ailələrinə ev təminatı ilə bağlı fəaliyyətindəki şübhəli məqamların təftişinə başlanır

Ulus.Az-ın əldə etdiyi məlumata görə, dövlət tərəfindən tikilən mənzillərin ayrı-ayrı çinovniklərə, orta ranqlı məmurlara satılması haqda iddialar araşdırmalara səbəb olub.

Ə.Həsənovun nəvəsinin törətdiyi cinayətdən sonra narazı vətəndaşların, qaçqınların komitəyə yönəlik şikayətləri mətbuata çıxmaqdadır.

Hər gün bir köçkün və ya şəhid ailəsi Ə.Həsənovdan narazılıq edir. Bundan qabaq da mətbuatda evlərin məmurlara satıldığı barədə faktlar və adlar götərilmişdi. Lakin o zaman “Qaçqınkom” rəhbəri şikayətləri və iddiaları qulaqardı edirdi.

Amma məlum hadisələrdən sonra onun mövqeyinin zəifləməsi köçkünlərin yenidən bu problemləri aktuallaşdırmasına zəmin yaradıb.

Məsələn, Xocalıdan məcburi köçkün olan Zeynalov Budaq İbrahim oğlu musavat.com-a deyib ki, ötən ilin sonunda 89 yaşlı anası Zeynalova Turanə Səlim qızına Ramana qəsəbəsindən ev verilsə də, bu sevincin ömrü çox qısa olub:

“Evlə bağlı bütün aidiyyəti orqanlara müraciət etmişdik. Lakin 26 il idi ki, ev verilmirdi. Nəhayət, sonda anama bildirdilər ki, harda boş ev olsa, orada yaşayın. Biz də axtardıq, məlum oldu ki, Ramana qəsəbəsində 67 nömrəli ev boşdur.

Lazımi qaydada evə yığışıb, yaşamağa başladıq. Lakin bir neçə gün keçməmiş Xocalı Rayon İcra Hakimiyyətinin müavini gəlib bizə dedi ki, ya 18 min verin, ya da evdən çıxın.

Anam da dedi ki, pulumuz olsaydı ev alardıq. ”Qaçqınkom"dan olan evlər 18 mindən başlayaraq satılıb. Bildirdik ki, bununla bağlı aidiyyatı orqanlara şikayət edəcəyik".

Göründüyü kimi, qaçqın komitəni evləri 18 mindən satmaqda ittiham edir. Qazaxdan tutmuş, Fin Şəhərciyinə qədər hər yerdə mənzillər inşa edilirsə, onun yarısını komitə sədrinin adamları pulla satmaqdadırlar.

Burada qiymətlər də fərqlidir. Məsələn, əgər Bərdədə 3 otaqlı mənzilin qiyməti 30 min manatdırsa, Fin Şəhərciyindən bu rəqəm 15-20 min arasında, Qazaxda isə 10 min manat civarındadır.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, Ə.Həsənovun komitədəki fəaliyyətinin yoxlanılıb prezidentə arayış təqdim olunacağı gözlənilir.

Eyni zamanda qurumun səlahiyyətlərinin ASAN xidmətə verilməsi yerinə düşən qərar olardı. Köçkünlər də problemlərini bu xidmət vasitəsi ilə həll edərdilər.

Mətbuatda gedən yazılara görə, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova da «Qaçqınkom»dan «pay» almış məmurlardandır. Ağdamın sabiq maliyyə şöbəsinin müdiri Böyükağa müəllim olub.

Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.

- Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.

- Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara doxtur da başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.

- Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.

- Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov.

- Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir.

İddialara görə, Ə.Həsənovun evləri satması barədə araşdırmalar aparılmayacaqdı. Nəvəsi Nail Allahverdiyevin iki nəfəri avtoqəzada öldürməsi azmış kimi, onun 3 milyonluq maşın kolleksiyasının yayılması vəziyyəti dramatikləşdirib.

Komitə sədrinin hələlik “vurulması” gözlənilməsə də, nəvəsi karyerasının üstündən bir xətt çəkib. Naxçıvan MR-in sabiq təhsil naziri Nazim Əkbərov da bu barədə məqalə yazıb:

“Əli Həsənovun nəvəsi bir faciəyə səbəb oldu. Özü ilə bərabər daha neçə-neçə adamın da həyatını qaraltdı. Amma günahkar kimdir: - nəvəmi, atamı, babamı? Kim?!

Mənəviyyatımızın qaynaqlarında bütün insanların İslam fitrəti ilə doğulduğu, sonradan valideynlərinin onu korladığı bildirilir. Peyğəmbərimiz (s.a.s) bir hədis-i şərifində belə buyurur: "Doğulan hər insan İslam fitrəti ilə doğulur.

Sonra ana-atası onu xristian, yəhudi və ya məcusi edər. Bunun bir izahı da budur ki, insan anadan tərtəmiz doğulur, onun tərbiyəsini valideynləri pozur”.

Lakin qısa müddətə varlanan və maşınları sıraya düzlənən komitə sədrinin nəvəsi babasının dövlətdən oğurladığı pullarla zəngin həyatı yaşayıb. Bu da özlüyündə “Qaçqınkom” sədrinin fəaliyyətinin təftiş olunmasına rəvac verir.

Hesablama Palatası, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi komitə sədrinin büdcədən ayrılan pulları necə xərcləməsini araşdıra bilər.

Ulus.Az xatırladır ki, ev qurbanlarında biri də baş redaktorumuz, məcburi köçkün və şəhid qardaşı Xəyyam Salmanzadədir.

Baş direktoru sual edir ki, onun qardaşı Bəxtiyar Ağdamda gedən döyüşlərdə şəhid olarkən, Ə.Həsənovun nəvəsi niyə hərbi qulluqda olmayıb:

“Qardaşım Bəxtiyar erməni əsirliyində 50 əsgərimizi xilas edərkən şəhid olub. Həsənovun nəvəsi hansı cəbhə bölgəsində xidmət edib? Məmur babası niyə əlinə silah verməyib?

Nə üçün mən, bir şəhid qardaşı 5 nəfərlik ailə üzvümlə siçan-pişik olan, darısqal, şəraitsiz bir məktəb otağında yaşamalıyam, amma Nail kef çəkməlidir?
Bizim də ahımız var. Bu gün köçkünlərə verilən evləri pulla satırlar. Ayrıca araşdırma yazısında ətraflı detalları açıqlayacam.

Qısaca deyim ki, 3 otaqlı mənzil üçün 6-7 min, 1 otaqlı mənzilə 3 min manat alırlar. Məni kimi bir böyrəyi olmayan, 5 nəfərli kailə üzvü xaraba qalmış məktəb otaqlarında çürüyürük”.

Jurnalist xatırladır ki, bir müddət əvvəl ona “Qaçqınkom”dan ev verilmişdi: “Axırda imtina etməli oldum. Çünki 2 yataq xəstəsi olan bir ailəyə verdikləri ev 4-cü mərtəbədə, təmirsiz, həşəratların doluşduğu, şəraitsiz, bərbad bir mənzil idi. Mən bir ay həşəratları təmizləmək üçün əlimdən gələni etdim, heç nə alınmadı, axırda açarları gətirib təhvil verdim”.

X.Salmanzadə bildirir ki, ona köçkün kimi ev verilməsi zamanı yalan danışıblar: “Mən mətbuat vasitəsi ilə müraciət etmişdim. O vaxt Əli Həsənovun “qara kassiri” Gəray Fərhadov məni çağırdı. Dedi ki, Bərdədə sənə üçotaqlı ev vermişik.

Mən də həmin evin açarını Bərdənin “JEK” müdirindən götürdüm. Evə girəndə şoka düşdüm və dediyim kimi, dəhşətli bir mənzərə ilə qarşılaşdım. Həmin evdə yaşamaq mümkün deyildi.

Oranı bit-birədən, tarakandan, həşəratlardan təmizləyə bilmədim. Dəfələrlə həmin dindar, hacı olan Gəray Fərhadova zəng etdim ki, deyim bu nə şəraitsiz evdir mənə vermisiz, axı xəstəm var?! Amma Əli Həsənovun “kassiri” telefonu açmadı.

Halbuki, fevralda onunla görüşümüz olub. Dedi ki, martda Əli müəllimlə görüşərsən, nə problemin, nə sözün olsa ona deyərsən. Amma sözlərinin üstündə durmadılar.

Qaynarxett.az