backend

Təcili!!! QOHUMU Ərdoğanla Putini barışdıran NAZİRİ necə "işə" saldı - Təfsilat

Təcili!!!  QOHUMU Ərdoğanla Putini barışdıran NAZİRİ  necə "işə"  saldı -   Təfsilat

Azərbaycanda bir neçə nazir var ki, onların fəaliyyəti seçilir və yüksək reytinqə malikdirlər; Belə qüdrətli və nüfuzlu fiqurlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur...

Ulus.Az-ın əldə etdiyi məlumata görə, FHN rəhbəri həmişə qalmaqallardan, adının xoşagəlməz hadisələrdə çəkilməsindən qaçmağa çalışıb.

İnsafən, onun reputasiyası və ölkə rəhbərliyi yanında olan nüfuzu, Putin və Ərdoğanı barışdırmaqda vasitəçilik etməsi hansı siyasi eşelonda təmsil olunduğunu göstərir.

Amma iki dövlətin liderini barışdırmaqda iştirak etmiş bir nazirin adı hansısa “avtoş” qohumunun özbaşınalığı, 1 aylıq inzibati həbsi və FHN-də işləməsi ilə ləkələnir.

Hərçənd, bu ləkəni K.Heydərova nə ictimaiyyət, nə mətbuat atıb. Sadəcə, qohumu olan və FHN-də işləyən “Maqa” ləqəbli Mirməhəmməd İsmayılovun avtoxuliqanlığı nazirin reputasiyasına ciddi zərbə vurub.

Türkiyənin baş naziri Binəli Yıldırım Putinlə Ərdoğan arasındakı münasibətlərin bərpasında K.Heydərovun vasitəçilik etdiyini açıqlamışdı. Bu nüfuza malik olan nazir “Maqa” adlı bir gəncin ucbatından dilə-dişə düşməsi heç də yaxşı hal deyil.

Hər halda K.Heydərov özü də M.İsmayılova möhkəm qəzəblidir ki, onun üzündən adı qudurğanlıq olayına qarışıb.

Sirr deyil ki, “Maqa” nazirliyin əməkdaşıdır. FHN bunu təkzib etdə də, olke.az nazirliyin rəsmi saytından onun adını taparaq təqdim etmişdi. Üstəlik, K.Heydərovun qardaşı Səməd Heydərovla “Maqa”nın atası Əlövsət İmsayılov bacanaqdırlar.

Görünür ki, onun FHN-də işlə təmin olunmasına da məhz bu qohumluq əlaqələri səbəb olub. Əks halda avtoşluq edən bir cavanın nazirlikdə işə düzələcəyi inandırıcı görünmür.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, FHN şefinin adı bir neçə dəfə xoşagəlməz hadisələrdə hallanıb. Amma nazir vəziyyətdən çıxmağa müvəffəq olub.

İstərsə boksda rüşvət qalmaqalı olsun, istərsə “Gilan”ın qəzetləri məhkəməyə verməsi olsun, istərsə də ayı əti yeyilməsi skandalı olsun, nazir kübarlıq və soyuqqanlılıq göstərərək özünü dik tutub.

Amma bu dəfə alınmadı və “Maqa” K.Heydərovun reytinqinə, imicinə ciddi zərbə vurdu. Çünki övladları həmişə nümunə göstərilən, oğlanları başqalarına örnək olan və bununla fəxr edən nazirin işçisi, qohumu olan “Maqa” aləmi qarışdırdı.

Bundan sonra onun FHN-də işləməsi də müəmmalıdır. Hətta işini davam etdirsə də, əhəmiyyət kəsb etmir. Həm kollektivdə gözdən düşüb, həm nazirin gözündən düşüb.

Yada salaq ki, avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl "Galendewagen" markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

O, 2016-cı ildə işdən azad olunub. Həmin ilin 11 yanvarında Aznews.az saytının yaydığı məlumatda bildirilirdi ki, daxili işlən naziri Ramil Usubov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib.

Nazir onu vəzifəsindən kənarlaşdırmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, Əlövsət İsmayılov DYPŞ-ə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.

Qaynatxett.az


Təcili!!!  QOHUMU Ərdoğanla Putini barışdıran NAZİRİ  necə "işə"  saldı -   Təfsilat