backend

Tokioda güclü zəlzələ olub

Tokioda güclü zəlzələ olub



















Qatarların hərəkəti dayandırılıb.

5,6 maqnitudalıq zəlzələnin baş verdiyi Yaponiya paytaxtı yaxınlığında sürətli qatarların hərəkəti dayandırılıb.

qaynarxett.az İTAR-TASS-a istinadən xəbər verir ki, hal-hazırda dəmir yolları xətti yoxlanılır.

Zəlzələ ərazisində yerləşən “Tokay-2” AES zərər çəkməyib. Ekstra ölçmələr, ərazidə radioaktivliyin yüksəlməsini göstərmədi. Hal-hazırda ekspertlər tərəfindən ərazidə yerləşən digər, əsasən də nüvə yanacağı emalı ilə məşğul olan obyektlər yoxlanılır.

Zəlzələnin mərkəzi 50 km dərinlikdə İbaraki prefekturasının cənubunda olub. Yaponiya hökuməti öncə sunami təhlükəsi barədə xəbərdarlıq etsə də sonradan bu xəbərdarlıq təkzib edilib.

Yeraltı təkanlar nəticəsində Tokioda evlərin divarları silkələnib.