Azərbaycan futbolu üçün tarixi gün (YENİLƏNİR)

İdman 15-08-2017, 08:56
Azərbaycan futbolu üçün tarixi gün (YENİLƏNİR)














Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək. Bu mərhələyə vəsiqə qazanmış ilk Azərbaycan klubu olan "Qarabağ" mübarizəyə evdə start verəcək.

Təmsilçimizin rəqibi Danimarkanın adlı-sanlı "Kopenhagen" klubu olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20.00-da başlayacaq. Görüşü italiyalı FIFA referisi Paolo Taqliavento idarə edəcək.

"Qarabağ" daha bir tarix yazıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaq istəyir. Qurban Qurbanovun yetirmələri bunun üçün evdəki matçda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, "Kopenhagen" 12 dəfə Danimarka Super Liqasının qızıl, 6 dəfə gümüş medallarını qazanıb, 8 dəfə ölkə kubokuna, 3 dəf Super Kubokuna sahib çıxıb.

Onu da qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 23-də Kopenhagendə keçiriləcək.

Çempionlar Liqası

"Play-off" mərhələsi

İlk oyun

15 avqust

20.00 Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka)

Hakimlər: Paolo Taqliavento, Alessandro Qiallatini, Alessandro Kostanza, Filippo Meli (İtaliya).

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato (İtaliya).

Hakim-inspektor: Frits Stuçlik (Avstriya).

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oxunub: 676
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930


ILK-10