backend

“ASAN Xidmət” fəaliyyətini bərpa etdi

“ASAN Xidmət” fəaliyyətini bərpa etdi
























2 saylı mərkəzin fəaliyyəti bir günlük dayandırılmışdı.

Yerləşdiyi inzibati binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar fəaliyyətini bir günlük dayandıran 2 saylı “ASAN Xidmət” mərkəzi bu gündən vətəndaşlara xidmət göstərməyə başlayıb.

qaynarxett.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “ASAN Xidmət” mərkəzindən məlumat verilib.

Qeyd edək ki, “ASAN Xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 Çağrı Mərkəzindən də əldə etmək olar.

Xatırladaq ki, sentyabrın 13-də 2 saylı “ASAN Xidmət” mərkəzinin yerləşdiyi binada yanğın baş vermişdi. Hadisə ilə əlaqədar 2 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətini bir günlük dayandırmışdı.