backend

Türkiyə PKK-nı bombaladı: 13 ölü, 8 yaralı

Türkiyə PKK-nı bombaladı: 13 ölü, 8 yaralı













Türkiyə ordusu İraqın şimalında yerləşən Kandil rayonunda PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Türkiyə mediasına məlumatına görə, hava zərbələri nəticəsində 13 terrorçu məhv edilib, 8-i isə ağır yaralanıb. Həmçinin, PKK-nın 4 obyekti, o cümlədən silah anbarı məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı məlumatda bildirilir ki, PKK terror qruplaşmasına qarşı əməliyyatlar davam etdiriləcək.