backend

"Qarabağ"a qələbə qazandıran futbolçu danışdı

"Qarabağ"a qələbə qazandıran futbolçu danışdı













Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə oyunda yeganə qolun müəllifi olan “Qarabağ”ın futbolçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb.

Gənc futbolçu qol vuracağını gözləmədiyini bildirib:

"Qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Belə bir turnirdə ilk dəfə idi ki, rəqib toru silkələdim. Hələ işimiz bitməyib. Komandamızın məqsədi var. Cavab oyunu da var,arxayınlaşmaq olmaz. Həmin hədəfə doğru addımlayırıq".

- Qol vuranda sevinmək üçün tərəddüd etdin. Düşünürdün ki, oyundankənar vəziyyət var?

- Bəli, belə oldu. Sonra hakimə baxdım və gördüm ki, əli yuxarıda deyil, mərkəzə doğrudur. Mən də qol sevincimi qeyd etdim.

- Cavab matçı barədə nə düşünürsən?

- Çətin olacaq. Bu matçda da çətin oldu. Əsas üstünlükləri azarkeşləri olacaq. Ancaq bizdə bütün gücümüzü ortaya qoyacağıq. Tarix yazmalıyıq, əlimizdən gələni edəcəyik.

- İkinci hissədə daha çox qol şansı oldu, amma yararlana bilmədiniz...

- Ən azı iki qolla qalib gəlsəydik, yaxşı olardı. Bir qolla qalib gəlmək böyük üstünlük deyil. Bu səbəbdən arxayınlaşmaq olmaz. Rəqibin adı və oyunu bizə yaxşı məlumdur.

- “Kopenhagen”ə yaxşı bələd oldunuz. “Qarabağ” səfərdə bu komanda ilə oynaya biləcəkmi?

- Baxarıq. Bu gün yaxşı əziyyət çəkdik. Əlimizdən gələni edəcəyik.