backend

Astan Şahverdiyevə "şərəfsiz" deyən keçmiş deputat onun müdafiəsinə qalxdı

Astan Şahverdiyevə "şərəfsiz" deyən keçmiş deputat onun müdafiəsinə qalxdı











Keçmiş deputat Etibar Hüseynov millət vəkili Astan Şahverdiyev müdafiə edib.

AZXEBER.COM-un məlumatına görə, Etibar Hüseynov sosial şəbəkədə yazıb: "Astan Şahverdiyevdən zəhləm gedir; amma Ağacan Abıyevin "Astan Şahverdiyevə qulaqburması veriləcək" deməsi nədir? Sən axı Allah qoymasa İntizam və etika komissiyasının sədrisen"

Xatırldaq ki, Etibar Hüseynov bir müddət öncə Astan Şahverdiyev haqda yazmışdı:

"Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.