backend

Son dəqiqə!!! MASALLI QANA BOYANDİ: İki nəfər öldü, iki nəfər isə agır vəziyyətdə xəstəxanaya aparıldı

Son dəqiqə!!!  MASALLI QANA BOYANDİ: İki nəfər öldü, iki nəfər isə agır vəziyyətdə xəstəxanaya aparıldı

Masallıda baş verən ağır yol qəzasında daha bir nəfər dünyasını dəyişdi. İstiPress-in cənub bürosu xəbər verir ki, 52 yaşlı Bakı şəhər sakini Nazim Əkbər oğlu Həsənovun idarə etdiyi “Toyota Prado” markalı avtomobildə olan 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

Saat 18:06

Masallı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. İstiPress-in cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkət edən “Toyota Prado” markalı minik avtomobili yoldan çıxaraq ətrafdakı ağaclara çırpılıb. Nəticədə avtomobildə olan qadın sərnişinərdən biri dünyasını dəyişib. 3 nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.