backend

Sakinlər “Sevil Massivi“nə yürüş etdi

Sakinlər “Sevil Massivi“nə yürüş etdi


















Təsisçisi və rəhbəri həbs edilən “Sevil” MMC-dən torpaq sahəsi alaraq ev tikintisi aparan bir qrup sakin massivə yürüş edib

Aksiyaçılar əvvəlcə Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onlara problemin həll edilməsi üçün bir müddət gözləmək təklif edilib. Lakin bununla razılaşmayan aksiya iştirakçıları massivə gedərək əraziyə daxil olmağa cəhd göstəriblər.

Yürüşdə iştirak edən sakinlərin İntepress.az-a verdiyi məlumata görə, aksiyada əsasən “Sevil” massivində fərdi ev tikintisi aparan şəxslər iştirak edir. “Biz evimizi istəyirik” deyən aksiyaçılar massiv ərazisində tikintisi aparılan evlərinə buraxılmalarını tələb ediblər.

Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, sakinlər massiv ərazisinə buraxılmır. Əraziyə əlavə qüvvələr cəlb edilib.