backend

Sumqayıtda direktor müavini bezdirdi, işçi özünü asdı

Sumqayıtda direktor müavini bezdirdi, işçi özünü asdı














Etilen-Polietilen zavodunun rəsmisi Qurban dalı şəxsin Fərzalını incitçəsi sonda ikincinin özünə qəsd etməsi ilə yekunlaşıb

Sumqayıtda 5 gün bundan öncə baş vermiş intihar hadisəsi gizlədilir. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, intiharı Azərkimya Dövlət Konsernin nəzdinə fəlaiyyət göstərən Etilen-Polietilen zavodunun işçisi Fərzalı adlı şəxs edib. Özünə qəsd etməmişdən əvvəl yazdığı məktub isə bu addımı niyə atdığını ortaya qoyub. Fərzalı adlı işçi bu addımı zavodun direktor müvavini olan Qurban adlı şəxsin hərəkətlərindən bezərək atıb.

Belə ki, direktor müavini onu işdən çıxararaq, daha az maaşlı işə qoyub. “Buna etiraz etsəm də, direktor müavini məni təhqir edərək, alçaltmağa çalışıb. Mən də işdən qovulmağıma və şikayətlərimə yuxarıların baxmayacağına görə, etiraz əlaməti olaraq özümü öldürmək qərarı vermişəm”.

Məlumatda deyilir ki, baş vermiş bu hadisə və intihar edən şəxsin cibindən çıxan məktubda səbəblərin yazılması zavod rəhbərliyini bərk narahat etməyə başlayıb. Elə buna görədir ki, Fərzalının ölüm məsələsini gizlədərək, olayı ört-basdır etdikləri deyilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.