backend

Neftçalada meydan sulayan kimlərdir? - GİLEY

Neftçalada meydan sulayan kimlərdir? - GİLEY















Realliq.info xəbər verir ki, Prezident İlham Əliyevdən kömək istəyən şəhid ailəsinin işığını kəsdilər.

Neftçala rayon sakini Məmmədov İlyas Oktay oğlu Prezident və baş prokuror Zakir Qaralova şikayət məktubu ünvanlayaraq, Neftçala rayon Elektrik şəbəkəsinin müdiri Vurğun Şirəliyev və onun işçisi Vidadi adlı şəxs tərəfindən haqsızlıqla məruz qalması ilə bağlı məlumat verib, kömək istəmişdi.(Müraciətin bir surətini də KİV-ə, yollayıb.

Realliq.info saytının redaksiyasına məktub ünvanlayan Neftçala rayon sakini Məmmədov İlyas Oktay oğlu şikayətində bildirib ki, rayon Elektrik şəbəkəsinin əməkdaşı Vidadi adlı şəxs heç bir qanunu əsas olmadan mənim mağazama gələrək işıq sayğacımızın plombunu qəsdən qıraraq, mənə qanunsuz olaraq 296 manat cərimə tədbiq edib.
Şikayətçi Məmmədov İlyas Oktay oğlu işiq idarəsinin əməkdaşı Vidadi adlı şəxsə şikayət edəcəyini bildirdikdə, o, bildirib ki, elə etmə ki, 1000 manatda əlavə cərimə yazım.
Bundan sonra vətəndaş Neftçala rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyevin yanına gedərək bu qanunsuzluq barəsində məlumat verib. İlyas Məmmədov bildirib ki, mənim qardaşım Məmmədov Elnur 1993 cı ildə Qarabağda şəhid olub. Biz bir dəfə belə olsun onun adından istifadə edib dövlətdən heçnə tələb etməmişik. Alın tərimizlə çörəyimi qazanıb ailəmi saxlayıram, amma ona belə icazə vermirsiniz. Cavabında isə kobudluqla üzləşib.Vurğun Şirəliyev vətəndaşa, “mənim qardaşımda Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir”- deyərək gülməyə başlayıb.

Vurğun Şirəliyev Biləsuvar rayonunda Elektrik şəbəkəsinin rəisi işləyəndə yol verdiyi nöqsanlara görə ordan qovulub. Qovulmasına baxmayaraq qardaşı İsgəndər Şirəliyevin sayəsində yenidən Neftçala rayonunun Elektrik şəbəkəsinin müdürü təyin olunub.
Mətbuatda Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndər barəsində az yazılmır. Şirəliyevin Gülənciləri maliyyələşdirməsi barəsində ictimaiyyətə məlumatlar verilib. Lakin, hələ ki, Şirəliyevlər öz qaydalarına hakimdirlər.

Bu müraciətdən sonra şəhid atasıda Neftçala rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev və qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdən Azərbaycan Prezidenti İlham Əliyevə şikayət edib.

Həmin şikayətdə deyilirdi:
Mənim oğlum Məmmədov Elnur 1993 cı ildə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən sağ olun. Bu müraciətimi sizə bəlkə də ünvanlamazdım. Lakin bu gün hansısa idarə rəisinin mənim şəhid olmuş oğlumu ələ salıb gülməsi məni çox kədərləndirdi. Belə çıxır mənim oğlum onun üçün şəhid olub ki, Vurğun Şirəliyev qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevə arxayın olub, şəhid ailələrini əla salıb gülsün. Bu gün Vurğun Şirəliyevin rayonda 50 ha balıq gölü, 1000 ha yaxın əkin sahəsi və dəyəri 100 min manatlarla ölçülən mülkləri varsa, bunu mənim oğlum və digər şəhidlərə borcludur.

Cənab prezident İlham Əliyevdən kömək istəyən şəhid ailəsinin bu gün mağazasına gələn işıq idarəsinin işçisi (adını bilmədikləri, lakin üzlə tanıdıqları) işığı kəsərək bildirib ki ,Vurğun Şirəliyev dediki məndən və qardaşım İsgəndər Şirəliyevdən prezidentə şikayət etdikləri üçün,İlyası şəhid qardaşının yanına yoluyacam.Prezidentə şikayət etdilər nə oldu, mənim qardaşım prezidentlə oturub duran adamdır bizə kim nə edəcək.Çarəsiz qalan şəhid ailəsi prezident aparatının qarşısında etiraz edəcəklərini bildiriblər.
Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, hazırda İsgəndər Şirəliyevin tapşırığı ilə şəhid ailəsi hədələnir. Şirəliyev qardaşlatı şəhid ailəsinə bildiriblər ki, şikayətləri davam etsə onları incidəcəklər; “biz istədiyimizi edə bilərik. Bu ölkədə kimsə bizə söz deyə bilməz. Hara şikayət edirsiz edin”.