backend

TƏCİLİ!!! Putin İSTEFA VERİR və Hollandiyaya qızının yanına gedir...

TƏCİLİ!!!  Putin İSTEFA VERİR və Hollandiyaya qızının yanına gedir...

Rusiyada baş verənlərin tarixən bizim ölkəyə həm birbaşa, həm də dolayısı ilə təsir etdiyi faktdır.

Azadlıq Radiosunun (Rusiya) müəlliflərindən olan Ostap Kapmodinin “İkinci soyuq müharibə” yazısı da şimal qonşumuzda nə baş verdiyinə və nələrin olacağına həsr olunub.

Moderator.az yazının maraqla qarşılanacağını nəzərə alıb, tərcüməsinin ikinci hissəsini təqdim edir.

Birinci hissə bu linkdə--- moderator.az/news/188344.html

Birnci addım: Putin deyir ki, yorulub. Səhhəti imkan vermir ki, prezident olaraq qalsın, hələ bir növbəti seçkillərdə də iştirak etsin. O istefa verir və Hollandiyaya qızının yanına gedir.

İkinci addım: Prezident səlahiyyətlərinin icraçısı baş nazir Dmitri Medvedev olur. O, elan edir ki, prezident seçkiləri 3 aydan sonra olacaq, həm də əlavə edir ki, nə özü, nə hökümətinin nazirləri prezidentliyə namizəd olmayacaqlar. Bu ona görə zəruridir ki, heç olmazsa sanksiyaların götürülməsi ilə bağlı danışıqlara başlamaq olsun, əks halda Rusiya hakimiyyətində bu qaraguruhdan bir nəfər də qalası olsa bu barədə heç söhbət belə aparmaq mümkün olmayacaq. İşdi, bu hakimiyyətdən kimsə prezidentliyə namizəd olsa ,qubernatorlar köhnə qayda ilə onun qələbəsini təmin edəcəklər.

Prezidentliyə namizədlərin qeydiyyatı bitən kimi Medvedyev yubanmadan Krımın ukraynaya qaytarılmasını, Donbasdan da rus hərbiçilərin və müşavirlərin çıxarılmasını elan etməlidir. Hər ikisini çox sürətlə -üç həftəyə həll etməlidir. Beləliklə, yeni prezident Rusiyanın uzun müddətli maraqları ilə öz populyarlığı arasında seçim etmək kimi bir yükdən azad olmuş olacaq. Seçkilərdən dərhal sonra Rusiya höküməti tam heyətlə Vanuatuya( Sakit Okeanda ada ölkəsidir,əhalisi Sumqayıtın əhalisindən azdır) uçur.

Üçüncü addım: Rusiyanın yeni prezidenti təntənəli surətdə repressiya qanunlarını ləğv edir, “İsgəndər” raketlərini Kalininqrad vilayətindən götürür ( Biz-Azərbaycan o qədər hesabda olmayan biri olmuşuq ki, Ermənistandakı “İsgəndər”lərin götürülməsini heç kim dilə gətirmir-tərcüməçinin qeydi), söz verir ki, Suriya, İran, Şimali Koreya məsələsində Trampa kömək edəcək. Tillerson və Rusiyanın yeni xarici işlər naziri küt sifətləri ilə jurnalistlərə möhtəşəm “ YENİYÜKLƏMƏ-2” (ПЕРЕЗАГРУЗКА — 2) düyməsini nümayiş etdirirlər. Tramp xoş məramlı ” jest” edərək Konqresə Rusiya üzərindən sanksiyaların bir hissəsinin götürülməsi təklifini verir. Konqres sanksiyaların bir hissəsinin götürülməsini bəyənir, qanunun özü isə gücündə qalıb bir neçə il də davam edir.

Rusiya Krımı, Sevastopldakı Qara dəniz donanmasını, “Şər bucağı” adlanan müttəfiqlərini( İran, Şimali Koreya) itirir, Şimal kəməri sabitliyində- G8-də yerini tutmağa iddialı olur.Rusiyanı 1998-ci ildə xoş məramlı hərəkət kimi avans olaraq G8-ə buraxdılar, baxmayaraq ki, bu status hələ onun boyuna görə deyildi. Amma, nə Yeltsin, nə Putin bunu anlamaq istəmədilər. Onlar Puşkinin nağılındakı( “Qızıl balığın nağılı”) qarı kimi inkişaf etmiş ölkələrin klubunda daha yüksək status istədilər, Amerika statusuna bərabər, halbu ki, Rusiyanın iqtisadiyyatı Kanadanınkından da zəifdir. Rusiyanı sınaq müddətinə götürdülər, amma o bunu anlamadı və imtahandan kəsildi.

Əgər Rusiyanı yenidən bu kluba götürsələr, gərək şagird kimi , ustanın əlinin altında işləyən kimi qəbul edələr-ən pis halda , başlanğıcda. Qərbin böyük düşməni olmaqdansa , kiçik tərəfdaşı olmaq daha yaxşıdır.
Stolıpin deyirdi ki, Rusiyaya 20 il dinclik lazımdır. Putinin təcrübəsi göstərir ki, 20 illin dincliyini hansısa 20 günə görə unitaza tullamaq olar. Rusiyaya 100 illik dinclik lazımdır, bəlkə də çox. Və ilk 40-50 ili Rusiya özünün xarici siyasət ambisiyalarını unudub əhəmiyyətli ictimai-siyasi institutların qurulması ilə məşğul olmalıdır. Sonra hər şey onun iqtisadi inkişafındanndən, diplomatların qabiliyyətindən asılıdır , bir də anlamılıdır ki, Avropada , bütün dünyada layiqli mövqelər əldə etmək üçün ərazilər tutmaq yox, qonşuların ( o cümlədən Azərbaycanın-tərcüməçi) etibarını qazanmaq lazımdır- Almaniyanın müharibədən sonrakı nümunəsi buna misaldır.
Sövdələşmə
Yuxarıda yazılanlar, yalnız xeyirxah arzulardır. Putin heç yana getməyəcək, Krımı da verəsi deyil. Belə şəraitdə Rusiya “şallaq və pryanik”metodu( cəza və təltif) ilə hərəkət edəcək. Bu işin də çətinliyi ondadır ki, Rusiyanın şallağı sökülüb.

Əvvəllər avropalılar birbaşa qarşıdurmadan qorxurdular, istənilən konfliktdə Putinə güzəştə getdilər: onlar Gürcüstan və Ukraynaya NATO-ya girmək üçün “yol xəritəsi” göstərməkdən imtina etdilər, onlar Abxaziya və Cənubi Osetiyanın işğalını bağışladılar, onlar Çexiya və Polşada raket əleyhinə müdafiə qurğuları yaratmaqdan imtina etdilər( Əziz oxucu, gördüyünüz kimi Qarabağın işğalı, Azərbaycanın adı heç yerdə çəkilmirər- tərcüməçi) Amma, 2014-cü ildə hər şey dəyişdi. Krımın işğalı ilə Putin Avropanı elə silkələdi ki, artıq onun istənilən hədələri, təhlükəsi Avropanı geri çəkilməyə deyil, əks zərbələrlə cavab verməyə məcbur edir. Krımın yenidən fəthindən sonra Putin ona nail oldu ki, 25 ildə polyaklarla baltikyanlılar Qərbdən onu ala bilməmişdilər- NATO bazalarını ərazilərində yerləşdirdilər. Əgər bu ruhda davam etsə orda qanadlı raketlər də yerləşdiriləcək. Ona görə də şallaqdan yox, əsasən pryanikdən istifadə olunmalıdır.
Başlanğıcda Putin müəyyənləşdirməlidir ki, təslim olmaq mümkün deyil, ABŞ və Avropa Birliyi ilə hansı bəndləri sövdələşmək olmaz. Belə iki bənd var.

1. Krım. Hərçənd “Krım konsensusu” xüsusi heyrət yaratmır, Krımın birləşdirilməsi rusların gözündə Putinin əsas nailiyyətidir , sözün həm birbaşa ,həm də məcazi mənasında. Krımın geri qaytarılması o deməkdir ki, bu adam ölkə üçün o qədər şeylər itirib və heç nə də əldə etməyib və yeganə aldığını da geri qaytarır. Putin heç vaxt buna getməz.

2. Əsəd. Əsədi təhvil vermək, göstərəcək ki, Putin öz müştərilərini qoruya bilmir. Yəni, bu məğlubiyyəti etiraf etmək və bütün potensial müttəfiqləri itirmək deməkdir, o zaman bir şey olan kimi aradan çıxan belə himayədar kimə lazımdır? Həm də Suriyadakı hərbi-dəniz və avia bazalar Putinə lazımdır ki, nümayiş etdirsin- Rusiya supergücdür, əlləri hələ uzundur.

Bir də 2-a var - İran. Bu Rusiyadan sonra Əsədi müdafiə edən yeganə dövlətdir. Əgər Putin Əsədi Ştatlara versə Putinin regionda müttəfiqi qalmayacaq və bütün Suriya layihəsi məhv olacaq- Rusiyanın Yaxın Şərqə birbaşa çıxışı yoxdur.( Bizim də əsas bədbəxtçiliyimiz bu iki məkrli dövlətin arasında olmağımızdır – tərcüməçi)
Belə ki, Krımı, Əsədi, İranı da təhvil verməsə, Amerika sanksiyalarının ləğvi mümkün olmayacaq və ABŞ-la AB arasında ziddiyyətlərə ümid bəslənməlidir.
Buna görə qurban vermək lazımdır. İlk növbədə o qurban getməlidir ki, AB ilə əlaqələrdə tormoz rolunu oynayır və bu qurban Rusiya kooperativ höküməti üçün prinsipial məsələ deyil.Yəni, Donbasdan çəkilmək və Boinqi vuranları təhvil vermək.
Donbası da təhvil vermək üçün etiraf etmək lazımdır ki, orda rus hərbiçiləri olub və var. Çəkinəsi bir şey yoxdur, onsuz da hamı bunu bilir. Onsuz da Putin Rusiya ordusunun Krımı i.ğal etdiyini etiraf edib və bundan Rusiya üçün heç nə pis olmayıb.

Ardı var...