backend

Ağ Evdə Tramp əleyhinə növbəti etiraz: 16 nəfər istefa verdi

Ağ Evdə Tramp əleyhinə növbəti etiraz: 16 nəfər istefa verdi














Ağ Evin İncəsənət Komitəsinin 16 üzvü prezident Donald Trampa etiraz məqsədilə istefa verib.

Sənətçi, yazıçı, memarlardan ibarət komitə Şarlotsvil ərazisində baş verən irqçi etiraz aksiyalarından sonra prezidentin sağçı millətçiləri müdafiəsinə görə bu qərarı qəbul edib.

Qeyd edək ki, Şarlotvildə irqçi etirazçılar əleyhinə aksiyada nümayiş iştirakçıları irqçi şəxsin maşınla hücumuna məruz qalmış, nəticədə 1 nəfər ölmüş, 19 nəfər yaralanmışdı.

1982-ci ildə keçmiş prezident Ronald Reyqan dövründə təşkil edilmiş incəsənət komitəsi prezidentin bu sahə üzrə məsləhətçisi vəzifəsini yerinə yetirirdi.