backend

İtini sevgilisinə yedirtdi

İtini sevgilisinə yedirtdi






















Onu evə qayıtmağa isə Ayı adlı iti vadar edib.

ABŞ-ın Şimali Karolina ştatından olan kişi öz sevgilisinin ev heyvanından şam yeməyi hazırladığı üçün həbs edilib.

qaynarxett.az Publika.az-a istinadən xəbər verir ki, heyvanlara qarşı qəddar rəftarına görə 34 yaşlı Rayan Veytenpauf həbsxanaya salınıb. Lakin o, 250 dollar girov pulu ödəməklə azad oluna bilər.

Veytenpaufun keçmiş sevgilisinin polisə verdiyi məlumata görə, qadın dəfələrlə onu döyən sevgilisini tərk etməli olub. Onu evə qayıtmağa isə Ayı adlı iti vadar edib.

Bundan sonra sevgililər barışıb və Rayan sevgilisini şam yeməyinə dəvət edib. Heç nədən şübhələnməyən qadın şam yeməyinə öz sevimli itinin ətini yeyib. Qadın yeməyin dadının qeyri-adi olduğunu da vurğulayıb.

Yalnız bu zaman Rayan sevgilisindən Ayının ətinin xoşuna gəlib-gəlmədiyini soruşub. Təhqirə başlayan kişi itin pəncəsini qıza göndərəcəyini də deyib.

Rayan sözünə əməl edib. Axşam vaxtı qadın qapısının ağzından itin pəncələri olan kisəni tapıb.

Polis bölməsində isə Veytenpauf iti öldürərək ondan şam yeməyi hazırlaması haqda xəbəri təkzib edib.