backend

Prezident İlham Əliyev Gədəbəy rayonunda səfərdədir

Prezident İlham Əliyev Gədəbəy rayonunda səfərdədir














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də "Gədəbəy Mineral Suları" MMC-nin limonad zavodunun açılışında iştirak edib


Ölkə.Az bildirir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.

Bildirildi ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib.

Ölkə.Az bildirir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.