backend

“Qarabağ”dan xanım futbol azarkeşləri ilə bağlı gözlənilməz yenilik

“Qarabağ”dan xanım futbol azarkeşləri ilə bağlı gözlənilməz yenilik























Sektorlardan biri sırf zərif cinsin nümayəndələri üçün ayrılıb.

“Qarabağ” klubu sentyabrın 18-də Avro Liqanın qrup matçı çərçivəsində “Sent Etyen”lə keçiriləcək oyun qabağı maraqlı qərar qəbul edib.

qaynarxett.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nulan İbrahimov xanım jurnalistlərin bu matça böyük marağını nəzərə alaraq stadionun bir sektorunun tamamilə onlara ayrılacağını bildirib.

N.İbrahimov bu barədə şəxsi Facebook profilində yazıb.

“Əziz dostlar, “Qarabağ” – “Sent Etyen” oyununa mətbuatın xanım azarkeşlərinin marağını nəzərə alaraq yenilik etmək qərarına gəldik. Belə ki, 34-cü sektor (media sektorunun altı) sırf zərif cinsin nümayəndələri üçün ayrılıb. Xanım media mənsublarının 34-cü sektora dəvətnamə əldə etmələri üçün bizə müraciət etmələri xahiş olunur”.