Uşaqlar arasında yoluxucu virus yayılıb – Valideynlərin nəzərinə

hadise 22-08-2017, 11:29
Uşaqlar arasında yoluxucu virus yayılıb – Valideynlərin nəzərinə















Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb.

Bu barədə Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. O deyib ki, hələ 3-4 ay öncə uşaqlar arasında rotaviruslar yayılmışdı: "Yay aylarında belə virusların-enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir”.

C.İsayev qeyd edib ki, hazırkı dövrdə Azərbaycan üçün epidemioloji situasiya təhlükə təşkil etmir. "Uşaqlar arasında hazırda yayılan virusun nə olduğunu dəqiqləşdirmək lazımdır. Adi kliniki xəstəxanalarda laborator müayinə aparmaq çətindir və bunun dəqiq müayinəsi lazımdır”.

Baş infeksionist əlavə edib ki, epidemioloji situasiya gərgin olmadığı üçün bahalı müayinələr aparmağa ehtiyac qalmır: "Pediatrların qeyd etdiyi kimi, bu vəziyyətlə bağlı kütləvi müraciət yoxdur. Düzdür, eyni simptomlarla müraciət edənlər var, lakin kütləvi şəkildə deyil. Uşaqlar arasında yayılan bu infeksiyalar ciddi təhlükə təşkil etmir”.

///axşam.az
Oxunub: 291
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10