backend

Namiq Osmanov Ağdamda işləyərkən törətdiyi qanunsuz əməlləri Biləsuvarda da davam etdirir

Namiq Osmanov Ağdamda işləyərkən törətdiyi qanunsuz əməlləri Biləsuvarda da davam etdirir














Səfərbərlik xidmətinin Biləsuvar rayon şöbəsinin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin biznes fəaliyyətinə çevrildiyi iddia olunur

Rayondaki qaynaqlardan daxil olan məlumatlarda bildirilir ki, bu gün Səfərbərlik xidmətinin Biləsuvar rayon şöbəsinin fəaliyyəti də bir sıra qanun pozuntuları ilə diqqəti cəlb etməkdədir.
Qeyd olunur ki, indiyədək Biləsuvar rayon Hərbi Komissarlığının fəaliyyətində müşahidə olunan bütün neqativ hallar, bu gün Namiq Osmanovun rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir. Qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb.
Kütləvi informasiya vasitələrinə təqdim olunan məlumatlarda vurğulanır ki, qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Məlum olduğu kimi üç uşağı olan atalar və 35 yaşına yetişən kişilər hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud damüəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilir.
Səfərbərlik xidmətinin Biləsuvar rayon şöbəsinin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi iddia olunur. Qeyd olunur ki, şöbənin rəisi Namiq Osmanov Ağdamda işləyərkən törətdiyi qanunsuz əməlləri Biləsuvarda da davam etdirir. Onun rəhbərliyi altında şöbənin digər səlahiyyətli əməkdaşlarının da bu istiqamətdə fəaliyyəti daha da aktivləşmişdir.
Redaksiyamıza daxil olan məlumatlara əsasən Biləsuvar rayonunun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir.qaynarxett.az-nu məlumatlandıran mənbə bir qrup belə gənclərin siyahısını redaksiyaya təqdim etmişdir.Onları ciddi araşdirdiqdan sonra sizə təqdim edəcəyik.