backend

Azərbaycanda icra nümayəndəsi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanda icra nümayəndəsi faciəvi şəkildə öldü - VİDEO





















Faktla bağlı araşdırma aparılır.

Cəlilabad rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Elçin Həsənov sükanı arxasında olduğu “KAMaz” markalı yük avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad rayon Günəşli kənd sakini Fikrət Əhmədovun idarə etdiyi “VAZ 21 07” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə “07”-nin sürücüsü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən sürücü Fikrət Əhmədov Günəşli kənd inzibati ərazi nümayəndəliyinin rəhbəri vəzifəsində çalışırmış. Qəzanın dəqiq səbəbləri avtotexniki və tibbi ekspertizanın rəyi açıqlandıqdan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.