backend

Baş nazir siyahını təsdiq etdi

Baş nazir siyahını təsdiq etdi














Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib.

Dəyişiklik qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərinin həmçinin Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən edilib.

Qərarla “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.