backend

Cəlilabadda toyda döyülən şəxs danışıq qabiliyyətini itirdi

Cəlilabadda toyda döyülən şəxs danışıq qabiliyyətini itirdi





















Ağac parçası ilə Ceyhunun baş nahiyəsinə bir neçə zərbə vurulub.

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirib.

qaynarxett.az Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hamaraqışlaq kəndində baş verib.

Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Hüseynov Ceyhun Habil oğlu həmkəndlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, gənclər arasındakı dava söyüş üstündə olub. Belə ki, aralarındakı mübahisəni həll etmək üçün Qamət Ceyhunu çağıraraq toydan kənar yerə aparıb. Elə bu zaman o üzərindəki ağac parçası ilə Ceyhunun baş nahiyəsinə bir neçə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb. Həkimlər onun baş nahiyəsindəki yaralara tikiş atıblar. Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub. Hazırda qismən səhhəti normallaşsa da Ceyhun sərbəst danışa bilmir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aprılır.