backend

Mərkəzi Neftçilər Xəstəxanasında görülən işlər səhiyyəmizin inkişafında mühüm rol oynayır

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mərkəzi Neftçilər xəstəxanasının baş direktoru Leyla xanım Seyidbəyovadır.

Mərkəzi Neftçilər xəstəxanasının baş direktoru Leyla xanımın adı, İctimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Leyla xanım işlədiyi bu illər ərzində diqqətli həkim, gözəl cərrah, səriştəli baş həkim kimi tanınmışdır. Yüzlərlə xəstəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Leyla xanımın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, Leyla həkimin adı ölkənin kütləvi informasiya vasitələrində tez-tez çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu,onun fəaliyyətinin müəyyən özəllikləri, baş direktoru olduğu xəstəxananın işində müəyyən məqamlarda məxfiliyin gözlənilməsinin vacibliyi ilə əlaqədardır. Lakin Leyla xanımı yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər

Bir məqama da toxunmadan keçmək olmaz: təəssüf ki , Leyla Seyidbəyovanın uğurlu fəaliyyətini həzm etməyənlər də çoxdur və elə bu səbəbdən ona qarşı da qarayaxma kampaniyası aparmağa çalışanlar tapılır.