backend

Çinli ofisiantlar müştərini “doğradı” - VİDEO

Çinli ofisiantlar müştərini “doğradı” - VİDEO





















Restoran sahibləri hadisə baş verdikdən sonra ofisiantları çağıraraq, hamısına mahnı oxutdurub.

Çinli ofisiantlar restoranda yeməyi bəyənməyən müştərini döyüblər.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Çində restoranların birində ofisiantlar ilə müştəri arasında dava baş verib. Hadisə anbaan restoranın təhlükəsizlik kameralarına düşüb.

Qarşısına qoyulan yeməyi daddıqdan sonra bəyənməyən müştəri, ofisiantlara şikayətini bildirib. Ofisiantlar isə özlərini müdafiə etmək üçün hansısa səbəblər göstəriblər. Bu isə müştərinin xoşuna gəlməyib və tərəflər arasında yaranan mübahisə davaya çevrilib.

Nəticədə, restoranın ofisiantları onları narahat edən müştərini döyməyə başlayıblar. Onlardan biri, hətta əlindəki qiyməkeşlə müştəriyə ardıcıl zərbələr endirərək onu al-qan edib.

Maraqlısı isə budur ki, restoran sahibləri hadisə baş verdikdən sonra ofisiantları çağıraraq, hamısına mahnı oxutdurub.