backend

Küləklə sovrulan milyonlar...

Küləklə sovrulan milyonlar...














Küləksiz pərlərin nədən işlək vəziyyətdə olmamasının səbəbləri araşdırılıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibi Rübabə Qasımova bu barədə oxu.az-a danışıb.

O bildirib ki, Qobustan Eksperimental Poliqonunda, quraşdırılan pərlərdən biri işlək vəziyyətdədir. "Hazırda adıçəkilən ərazilərdə quraşdırılan külək turbinləri təmir səbəbindən çalışmır və yaxın vaxtlarda fəaliyyəti yenidən bərpa ediləcək”.

Xızı rayonu ərazisindəki turbinlərin işləmə rejiminə gəlincə, onlar Dövlət Agentliyinin balansında olmayıb bu vaxta qədər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 avqust 2017-ci il sərəncamı ilə ABOEM üzrə Dövlət Agentliyinin balansına verilib.

Qeyd edək ki, dünən "BakuPost" bu barədə geniş məqalə ilə çıxış etmiş və məsələni ictimailəşdirmişdi.

Sözügedən məqaləni buradan oxuya bilərsiniz