backend

TƏCİLİ!!! Qarabağ münaqişəsi nə zaman həll olunacaq? - ABŞ acıqlama verdi, bəs RUSİYA...

TƏCİLİ!!!  Qarabağ münaqişəsi nə zaman həll olunacaq? - ABŞ acıqlama verdi, bəs RUSİYA...

Görüş nə vaxt nəticə verəcək, yaxud Qarabağ münaqişəsi nə zaman həll olunacaq?


Bildirildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Yada salaq ki, bu il iyul ayında elə Soçidə Putin öz azərbaycanlı həmkarı İlham Əliyevlə görüşmüşdü.

Bu görüşlərdə hər şeydən öncə Dağlıq Qarabağ münaqişəsinə, həmçinin Rusiya Federasiyasının münaqişənin nizamlanmasında iştirakına ətraflı baxılıb. Ekspertlər qeyd edir ki, Rusiya dövlətinin başçısı öz azərbaycanlı və erməni həmkarları ilə təkbətək görüşlərdə predmet xarakterli söhbətlər edib.

Açıq danışaq, əsas problem ondan ibarətdir ki, İlham Əliyev Ermənistanın rəhbərinə tamamilə etibar etmir. Bunu Azərbaycanda yaxşı anlayırlar. Azərbaycan ərazisinin 20 faizini tutmuş və heç kimin tanımaq istəmədiyi Dağlıq Qarabağ Respublikasının yaradılmasını vacibliyinə bütün dünyanı inandırmağa çalışan qonşu ölkənin prezidentinə necə etibar etmək olar?

Keçən ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsindən sonra İrəvan siyasətçilərinin səs tonu xeyli dəyişib. Onlar əyani dərs aldılar ki, Azərbaycan ordusu bu gün hesablaşmağın vacib olduğu qüvvədir. Azərbaycana satılan Rusiya silahının əleyhinə qaldırılmış səs-küy tamamilə iflasa uğradı. Bu gün ermənilər yalnız “İsgəndər”lərə arxalanır, onlar da Rusiyanın nəzarəti altındadır.

Amma gəlin danışıqlara qaydıaq. Həm İlham Əliyev, həm Serj Sarkisyan yəqin ki, Putinə etibar edirlər və onun yanına danışıqlara gedirlər. Moskvanın əsas məqsədi ondan ibarətdir ki, tərəflərin barışması üçün mümkün qədər imkanlar tapsın və bu münaqişənin diplomatik müstəviyə keçirilməsinə nail olsun. Əgər bu alınmazsa, Moskvaya bu uzun sürən münaqişənin nizamlanması üçün yeni format axtarmaq lazım gələcək .

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda ikinci erməni dövləti yaradılmayacaq. Bu barədə Moskvada da və əlbəttə, qonşu ölkənin paytaxtında da yaxşı bilirlər. Elə bu yaxınlarda mətbuatda münaqişənin ABŞ-lı həmsədr Riçard Hoqland tərəfindən açıqlanan nizamlanma planı dərc olundu. Orda birbaşa deyilir ki, Azərbaycanın suverenliyini təmin etməyən nizamlanma qeyri-mümkündür. İrəvanda bununla bağlı çox məyusdurlar. Təəssüf ki, Moskvanın rəyini bilmirik. Azərbaycanın mövqeyini isə Xarici İşlər Nazirliyi artıq bildirib və bu, bizim saytda dərc olunub.

Mais Məmmədov, əməkdar jurnalist