backend

SON DƏQİQƏ! SİYƏZƏNDƏ DƏHŞƏTLİ PARTLAYIŞ:“Göydən mərmilər yağır, insanlar qaçır” – YENİLƏNİB

SON DƏQİQƏ! SİYƏZƏNDƏ DƏHŞƏTLİ PARTLAYIŞ:“Göydən mərmilər yağır, insanlar qaçır” – YENİLƏNİB

Partlayışdan sonra göyə uçan mərmilərdən bir neçəsi Giləzi kəndinə düşüb. Mənbə bildirir ki, Giləzidə iki ev yanıb. Partlayışın Xızı rayonu ərazisindəki hərbi arsenalda baş verdiyi bildirilir.

***

Siyəzəndə silah-sursatın saxlandığı hərbi bazada baş verən yanğın nəticəsində dəhşətli partlayışlar baş verir.

Bu haqda “Basta”ya Müsavatın yerli təşkilatının sədri Şahin İbrahimov məlumat verib.

“Siyəzəndə, Xızıda, Sitalçayda və qonşu kəndlərdə insanlar təlaş içindədi. Göydən mərmilər yağır, insanlar qaçır. Ölən və yaralanan haqda hələlik məlumat yoxdu. Deyilənə görə Qrad mərmilərinin saxlandığı silah arsenalında yanğın olub, orada saxlanılan mərmilər partlamağa başlayıb”, – Şahin İbrahimov bildirib.