backend

ABŞ Dövlət Departamenti Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yaydı

ABŞ Dövlət Departamenti Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yaydı













ABŞ Dövlət Departamenti “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

Virtualaz.org-ın məlumatına görə sənəddə deyilir: “Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – “Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. “Turan”a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır”.

Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə. Agentlik isə onun həbsindən sonra fəaliyyətini dayandırdığını bəyan edib.