backend

Son dəqiqə!!! DƏHŞƏTLİ PARTLAYIŞ: BAKI-QUBA YOLU BAGLANDI -BDYPİ-dən RƏSMİ XƏBƏRDARLIQ

Son dəqiqə!!!  DƏHŞƏTLİ PARTLAYIŞ:  BAKI-QUBA YOLU BAGLANDI -BDYPİ-dən RƏSMİ XƏBƏRDARLIQ

BDYPİ-dən silah anbarındakı yanğınla bağlı - XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.