backend

TƏCİLİ!!! Xızı partlayışında TƏXRİBAT - Rusiyada oxumuş HƏRBCİLƏR gündəmdə

TƏCİLİ!!!  Xızı partlayışında  TƏXRİBAT - Rusiyada oxumuş HƏRBCİLƏR gündəmdə

Rusiyada oxumuş hərbçilər məsələsi gündəmə gəlib

Xızıda baş vermiş partlayışın düşmən təxribatı olması istisna edilmir. İstiPress-ə müsahibəsində bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

TƏCİLİ!!!  Xızı partlayışında  TƏXRİBAT - Rusiyada oxumuş HƏRBCİLƏR gündəmdə
“Təbii ki, partlayış təxribat ola bilər. Hər halda, Azərbaycanın müharibə etdiyi ölkə var və bu versiya araşdırılmalıdır. Amma səhlənkarlıq da ola bilər. Abxaziyada oxşar hadisə baş vermişdi və istintaq bunun səhlənkarlıq olduğunu müəyyən etmişdi. Ancaq yenə əsl səbəbi istintaq müyəyyən edəcək”, - deyə politoloq vurğulayıb.

TƏCİLİ!!!  Xızı partlayışında  TƏXRİBAT - Rusiyada oxumuş HƏRBCİLƏR gündəmdə
Xoşbəxtlikdən əhaliyə elə ciddi zərər dəyməyib. Yaradılmış istintaq komissiyası insanların elə ciddi xəsarət almadığını bildirir. Xızı rayon icra hakimiyyətinin başçısının müavini Arzu Əzizovun İstiPress-in şimal bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində yaralanan 6 nəfərdən 5-i artıq evə buraxılıb. Həmçinin Giləzidə 3 ev, Şurabadda 1 ev dağılıb. Həm də dağıntılar üzrə dəyən zərərin məbləği müəyyən edilir ki, vətəndaşlara kompensasiya ödənilə bilsin.

Avqustun 27-də səhər saatlarında baş vermiş hadisə barədə sosial şəbəkələrdə də müxtəlif versiyalar dolaşır və daha çox bunun təxribat olduğu çox vurğulanır. Bəzi şəbəkə iştirakçıları hətta təxribatın Rusiya hərbi məktəblərində oxumuş zabitlər tərəfindən həyata keçirildiyini iddia edirlər.

Elxan Şahinoğlu da bu versiyaya diqqət yetirməyi unutmamağa çağırır: “Ümumiyyətlə, mən həmişə bizim hərbçilərin Rusiyada oxumasının əleyhinə olmuşam. Çünki düşmən Ermənistanın bizim hərbçiləri təxribata cəlb etməsinə orada daha çox imkan var. Yadınızdadırsa, döyüş bölgəsində yerləşən N saylı hərbi hissədən Ermənistanın casusları aşkarlanmışdı”.

TƏCİLİ!!!  Xızı partlayışında  TƏXRİBAT - Rusiyada oxumuş HƏRBCİLƏR gündəmdə

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bu məsələnin daha çox səhlənkarlığa oxşadığına işarə edir:

“Həmin anbarda ordudan silinməli, utilizasiya edilməli mərmilər olub. Onlar başqa əraziyə daşınaraq utilizasiya edilməli idilər. Ola bilər ki, isti havadan və ya ehtiyatsızlıqdan yanğın baş verib və partlayış olub. İstintaq bunun hamısını araşdıracaq. Ona görə indidən nəsə demək düzgün deyil. Amma təxribat da istisna edilmir”, - deyə politoloq vurğulayıb.

Əslində, təxribat variantı daima istintaqın diqqətində olmalıdır. Rusiyada baş vermiş meşə yanğınları göstərdi ki, bəzən yanğınlar bahalı əraziləri ələ keçirmək istəyən cinayətkar qruplar tərəfindən yandırılır. Konkret olaraq Giləzidə baş vermiş hadisə torpaq ələ keçirmək istəyi ilə bağlı ola bilməz. Çünki region yaşayış üçün elə də prestijli sayılmır. Burada əgər erməni təxribatı varsa, sırf əhali arasında çaxnaşma yaratmaq məqsədi daşıya bilər.

Çingiz Rüstəmov / İstiPress