backend

Partlayışdan sonra Xızıda çoxlu sayda hərbi sursat aşkar edildi

Partlayışdan sonra Xızıda çoxlu sayda hərbi sursat aşkar edildi














Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-dan "Report"a verilən məlumata görə, avqustun 29-da hərbi hissənin ətrafına, 6 yaşayış evinə, 2 ferma ərazisinə, əkin sahəsinə, otlaq sahəsinə, Məşədi Həsən kənd qəbirstanlığının yaxınlığına, su kanalına, istixananın yaxınlığına və telestudio ərazisinə baxış keçirilib, 83 ədəd partlamamış hərbi sursat və 227 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 3 680 615 kv.m əraziyə yoxlanılıb.

Ümumiyyətlə, 3 gün ərzində 4 000 615 kv. m (400.06 ha) əraziyə baxış keçirilib, 119 ədəd partlamamış hərbi sursat və 264 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 536 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.