backend

Space-in məşhur eksperti həbs edildi: kimin qardaşıdır?

Space-in məşhur eksperti həbs edildi: kimin qardaşıdır?













AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dələduzluqda ittiham edilərək barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq 4 aylıq həbs qətimkan tədbiri seçilmiş Hacı Xaliq Bəşərlə bağlı "Ölkə.Az"-a yeni məlumatlar daxil olub.

Mənbə bildirir ki, daha çox Space telekanalının müxtəlif proqramlarında ekspert qismində iştirak edən keçmiş şöbə müdiri Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun doğma qardaşıdır.

O da qeyd edilir ki, artıq şirkətin prezidenti Vaqif Mustafayev xəbərlər departamentinin bəzi əməkdaşlarını Hacı Xaliq Bəşərin "Hər gün"ün süjetlərində mütəmadi şəkildə ekspert qismində çıxışlarına şərait yaratdığına görə cəzalandırıb.

Qeyd edək ki, Xaliq Bəşər 1974-cü ildə Naxçıvan şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini fərqlənmə diplomu ilə bitirib.