backend

Qubada meşədə itkin düşən uşaq tapıldı – FOTO + YENİLƏNİB

Qubada meşədə itkin düşən uşaq tapıldı – FOTO + YENİLƏNİB













Quba rayonunda meşədə itən azyaşlının tapılmasının təfərrüatları məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən, itkin düşdüyü yerdən 6 km aralıda tapılıb.

Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən su istəyib. Daha sonra N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

FHN-in yaydığı məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də xilasedicilər tərəfindən tapılıb.

Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

N. Əliyevin axtarışlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak edib.

10:28

Qubada meşədə itkin düşən azyaşlı tapılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, meşədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır.

Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu.