backend

Bakının məşhur otelində bomba həyəcanı

Bakının məşhur otelində bomba həyəcanı























Hadisə yerinə əməliyyat qrupları və xilasedicilər cəlb edilib.

Sentyabrın 17-nə keçən gecə Bakının məşhur otellərindən olan və Səbail rayonu, Neftçilər prospektində yerləşən “Hilton” otelinə partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

qaynarxett.az Lent.az-a istinadən xəbər verir ki, informasiyanın yoxlanılması üçün müvafiq tədbirlər görülüb. Otelə əməliyyat qrupları və xilasedicilər cəlb edilib.

Saat 01:20 radələrində başlayan axtarışlar nəticəsində oteldə hər hansı partlayıcı aşkarlanmayıb.

Hazırda yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.