backend

Ekspert: Şadlıq saraylarından imtina etmək lazımdır

Ekspert: Şadlıq saraylarından imtina etmək lazımdır























“Əgər bir adamı bir ayda dörd toya çağırıblarsa...”.

Digər ölkələrdə Şadlıq sarayı anlayışı yoxdur, yalnız bələdiyyələrə tabe olan VVAQ mövcuddur. İnsanlar ora nikaha daxil olmaq üçün gəlirlər, qonaqları da ora dəvət edirlər. Bütün prosedur yarım saatdan az vaxt aparır. Yeni evlənən cütlük təbrikləri qəbul edir və dostları ilə istirahətə yollanır. Mən bir çox ölkələrdə olmuşam, bu prosedura yalnız adi vətəndaşlar deyil, eləcə də yüksək təminatlı vətəndaşlar da riayət edir.

qaynarxett.az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə iqtisadi elmlər doktoru, qeyri-ənənəvi və toy iqtisadiyyatına dair bir çox kitabların müəllifi Zahid Məmmədov bildirib.

“Maraqlıdır ki, bizim vətəndaşlarımız təhsil üçün ildə min dollar pul ödəyərkən şikayət edirlər. Amma çox sakit şəkildə fonoqram altında oxuyaraq, mədəniyyətimizə xələl gətirən müğənniyə 10-15 min pul ödəyib toya dəvət edə bilirlər. Meydana buna belə böyük məbləğdə pulu necə vermək olar? sualı çıxır.

İkinci mühüm sual menyudur. Spirtli içkilər içməyən, masada olan yeməklərin heç yarısının dadına baxmayan insan orta hesabla 100 manat pul ödəməli olur. Bu isə onunla əlaqədardır ki, Şadlıq saraylarının sahibləri şərtlər qoyurlar ki, menyu 100 manata qədər olmalıdır, 200 nəfərdən az qonaq olmamalıdır və s. İnsanlar isə onlarla razılaşırlar. Beləliklə də bu sahiblər hər şeyi özləri həll edirlər. Axı biz niyə bu qədər pul xərcləməliyik? Bu ailə büdcəsinə təsir edir. Əgər insanı bir ayda dörd toya çağırıblarsa bu, 400 manat edir. Ona görə də bütün bunları nəzərdən keçirib, toy mafiyası səviyyəsinə keçən toy iqtisadiyyatının qarşısını almaq lazımdır”, - iqtisadi elmlər doktoru deyib.

Z.Məmmədovun sözlərinə görə, Şadlıq saraylarında işləyən insanlara dair məsələ də diqqət tələb edir.

“Əksər hallarda bu, regionlardan gəlmiş cavan insanlardır, onlar səhərdən axşama qədər orda işləyirlər. Bəzən isə belə yerlərdə aşpazlar belə peşəkar olmurlar. Eşitmişəm ki, bu məsələyə Milli Məclisdə baxmaq istəyirlər.

Düşünmürəm ki, hər şey bu qədər asandır. Bu məsələni Milli Məclisdə müzakirəyə çıxarana qədər, təftiş aparmaq, hesabat hazırlamaq, bu sahədə nələrin baş verdiyini aydınlaşdırmaq lazımdır. Şadlıq saraylarının gəlirlərini, bu gəlirlərdən hansı strukturların yararlandığını müəyyənləşdirmək lazımdır. Bu məsələ ilə qaranlıq biznes strukturları da əlaqədardırlar. Adi kolbasaya nəzər salaq, masaya verilən kolbasanın mənşəyi bəlli deyil, eləcə də digər ərzaqların hardan alındığı məlum deyil. Harada istehsal edilib, haradan gətirilib və bir çox digər nüanslar var. Yuxarıda sadalananları nəzərə alaraq bir nəticəyə gəlmək olar, təcili hesabat hazırlamaq və Milli Məclisdə müzakirəyə çıxarmaq lazımdır”.

Z.Məmmədov həmçinin qeyd edib ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən yaranan vəziyyətə qarışmaq olar və bu hətta mütləqdir.

“Orta hesabla bir toyda Şadlıq sarayı 20 min manat pul qazanır. Amma nəzərə almaq lazımdır ki, Şadlıq sarayının sahibi orada şəkil çəkən fotoqrafdan da, operatordan da, hətta müğənnidən də pul alır. Qəribədir ki, qonaqlar maşını park etdiyinə görə də pul ödəməlidirlər. Biz bunu ləğv etməliyik və qara toy iqtisadiyyatına yox deməliyik. Azərbaycan digər ölkələrdə istifadə edilən təcrübəni tətbiq etməlidir. Orada qonaqları VVAQ-a dəvət edirlər, onların yaxınlığında dövlət restoranları mövcuddur. Və bütün bunlar qonaqlara cəmi 10 manata başa gəlir. Maraqlıdır ki, qonşu Türkiyədə müəllimlər toyu elə məktəb və universitetlərdə edirlər. Bəs biz niyə belə etmirik? Ən zəngin insanlar belə məktəb və universitetlərin yeməkxanalarında toy edirlər. Düşünürəm ki, xalqımızın psixologiyası buna hazırdır. Sadəcə qanun qəbul etmək və artıq olan hər şeydən etiraz etmək lazımdır.

Yanaşmanı dəyişmək lazımdır. Əvvəllər bəzi ərzaqları tapmaq çətin idi və insanlar onları toyda masaya qoyaraq özlərini göstərirdilər. Amma indi bununla seçilmək mümkün deyil və əgər pulunuz varsa onu uşaqlarınızın gələcəyi üçün yatırın, fonoqram altında oxuyan müğənnilərə xərcləməyin. Ona görə də bu məsələni aydınlaşdırmaq lazımdır. Ola bilər ki, məsələyə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi də qarışsın”, - deyə ekspert yekunlaşdırıb.