Erməni girovluğunda olan Dilqəmin səhhəti ağırlaşdı - İsveçrədən həkim gətirilib

hadise 31-08-2017, 12:46
Erməni girovluğunda olan Dilqəmin səhhəti ağırlaşdı - İsveçrədən həkim gətirilib














Erməni girovluğunda olan, qondarma rejimin qurduğu qondarma "məhkəmə" ilə ömrlük həbs edilən Dilqəm əsgərovun səhhəti ağırlaşıb.

Pressclub.az xəbər verir ki, bu haqda "Qoroskop" qəzetinin baş redaktoru, Əsgərovun dostu Səbuhi Rəhimli məlumat verib. O deyib ki, Dilqəmin səhhəti o qədər ağırlaşıb ki, separatçılar İsveçrədən onu müayinə etmək üçün həkim gətiriblər.

Məsələ ilə bağlı Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəsindən xəbər almaq cəhdlərimiz boşa çıxdı. İş saatı bitdiyi üçün, zənglərimizə nümayəndəlikdən cavab verilmədi.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 511
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10