backend

TƏCİLİ!!! Erməni ordusunda DƏHŞƏTLİ KABUS - Əskər valideynləri QAN AGLAYIR

TƏCİLİ!!! Erməni ordusunda  DƏHŞƏTLİ KABUS -  Əskər valideynləri QAN AGLAYIR

Ac-susuz qazıntı aparmayan əsgərlər döyüldü, komandir kef məəclisi qurdu

Ermənistan ordusu zabitlərinin özbaşınalığı və “dedovşina” bu ölkədə artıq əsgər valideynlərinin qorxulu kabusuna çevrilib. Bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yerərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar. Son günlər bir-birinin ardınca baş verən hadisələr və hər dəfə də 2-3 ermənistanlı əsgərin xəsarət alması hərbi qulluqçuların valideyinlərinin böyük narahatlığına səbəb olub.

İstiPress-in erməni sosial şəbəkələrinə istinadla verdiyi məlumata görə, avqustun 29-da Ağdarə istiqamətində yerləşən işğalçı Ermənistan ordusunun bölmələrindən birində daha 3 sıravi əsgər komandirləri tərəfindən vəhşicəsinə döyülərək şəxsi heyət qarşısında təhqirlərə məruz qalıb.
Ac-susuz həm də günəş altında qazıntı işləri aparmaqdan imtina edən Harut Martirosyan, Levon Xaçaturyan, Eduard Bağdanyan komandirləri tərəfindən döyülüblər.

Həmçinin sosial şəbəkələrdə yayılan paylaşmalardan bəlli olub ki, Xocavənddə yerləşən işğalçı Ermənistan ordusunun digər hərbi hissəsinin 2-ci alayında komandirin texniki hissə üzrə müavini alay üzrə cavabdeh qaldığı zaman dostları ilə keyf məclisi qurub. Sonradan o sərxoş vəziyyətdə bölüyə gəlmiş və şəxsi heyətə qarşı qanunazidd hərəkətlərə yol verib.

Buna dözməyən müqavilə əsasında xidmət keçən 2 hərbi qulluqçu bölməni tərk etmiş və səhər qayıtdıqdan sonra hadisə barədə alay komandirinə şikayət edib. Cavabdeh olduğu müddətdə vəzifə səlahiyətlərini aşan həmin zabit 5 sutka müddətinə həbs edilərək haupvaxta göndərilib.