backend

ASA: İcbari sığorta baş ağrısına çevrilir

ASA: İcbari sığorta baş ağrısına çevrilir






















“Şirkətlər görürlər ki, getdikcə zərərlilik artır”.

Azərbaycanda artıq icbari sığorta bazarının 60-70 faizi tutulub.

qaynarxett.az Marja-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) keçirilən mətbuat konfransında ASA-nın sədri Orxan Bayramov bildirib.

“Bazarda 100 manat toplana bilərdisə, artıq bunun 60-70 manatı toplanılıb. Eyini zamanda getdikcə icbari sığortada, xüsusilə Avtomobil sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası üzrə zərərlilik sürətlə artır. Bu sığorta növü şirkətlərə möhkəm baş ağrısı verir.

Əvvəllər İcbari Sığorta Bürosuna üzv olmaq üçün dava gedirdi, indi isə səs-səmir yoxdur. Şirkətlər görürlər ki, getdikcə zərərlilik artır. Bu normal haldır.

Dünyanın hansı ölkəsinə baxsanız görəcəksiniz ki, icbari sığortnın tətbiqinə başlanıldığı ilk illərdə şirkətlər qaz vurub qazan doldururlar. Sonrakı illərdə isə icbari sığorta baş ağrısına çevrilir. Sığorta şirlətinin icbari sığortada bir avtomobildən götürdüyü orta məbləğ təxminən 115 manatdır. 3 ilə bir avtomobildən təxminən 350 manat pul toplanır. 3 ildə bir avtomobilin vurulmaması ehtimalı nə qədərdir?! Bu ehtimal böyükdür. Deməli, bu icbari sığorta zərərlidir. Şirkətlər çalışmalıdırlar ki, icbari sığortanın üzərində maksimum könüllü sığortanı satsınlar. Artıq onlar buna məcburdurlar”,- o deyib.

Orxan Bayramov qeyd edib ki, ümumiyyətlə sığortada ödənişlər yığımlardan daha sürətli artır:

“2014-cü ilin 8 ayı ərzində toplanılmış 283,3 milyon manat sığorta haqqının 103,4 milyon manatı ödəniş şəkilində geri qayıtmışdır. Nəzərə alsaq ki, müqavilələrin böyük bir hissəsi illik bağlanılır, gözlənilir ki, ilin sonunadək 283,3 milyon manatdan sığorta ödənişləri daha da artacaqdır. Bazar 8 ayda 6,5% artıb, ödənişlər isə 33% artıb. Ödənişlə bazarın artım tempi arasında 6 dəfədən çox fərq var. Bu ,normal və yaxşı göstəricidir. Bu şirkətlər tərəfindən verilən sığorta ödənişlərinin artdığına işarə edir. Avropa bazarlarının çox böyük bir hissəsində alınan məbləğin təxminən 70-80 faizi nisbətində geriyə ödəniş olur. Yaxın illərdə Azərbaycanda da ödənişlərin xüsusi çəkisi daha da artacaqır”.

Orxan Bayramov əlavə edib ki, Azərbaycanda yığılan hər 100 manat sığorta haqından 36,6 manatı geri qaytarılır.