backend

KECƏNİN BƏD XƏBƏRİi!!! QURBAN BAYRAMI: Döy başına öl ay kasıb - Kənd Təsərrüfatı NAZİRİ "LOM UDUB"?!

KECƏNİN BƏD XƏBƏRİi!!! QURBAN BAYRAMI: Döy başına öl ay kasıb - Kənd Təsərrüfatı NAZİRİ "LOM UDUB"?!

Hər il olduğu kimi bu il də Qurban bayramı ərəfəsində qurbanlıq kəsilməsi üçün xüsusi yerlər ayırıb. Lakin bu yerlərlə yanaşı paytaxtın, eləcə də bölgələrin müxtəlif yerlərində qurbanlıq kəsimləri həyata keçiriləcək. Lakin həmin yerlərdə qiymətlərin hansı civarda cərəyan edəcəyi hələ də sual doğuran məqamlardan biridir
.

Ölkə iqtisadiyyatının bəzi sahələrində inhisarlaşma olduğu və sağlam rəqabət mühitinin olmadığı üçün bu sahədə süni qiymət artımının olduğu da diqqətdən qaçmır. "Bu səbəblə də bayram ərəfəsində ətin qiymətlərində nə kimi artım yaxud azalmalar müşahidə ediləcək?" bu sual ətrafında BiG.AZ-a danışan iqtisadçı-ekspert Akif Nəsirli hökumətin bazar iqtisadiyyatına müdaxilə etmək presstijinin olmadığını, burada isə sağlam rəqabət mühitinin formalaşmasında hökumətin bəzi məqamlara diqqət etməli olduğunu xüsusilə vurğuladı: "İnsanlarda Sovetlər dönəmindən qalma bir təfəkkür var ki, dövlət bütün sahələrə müdaxilə etməlidir, qiymətləri tənzimləməlidir. Xeyr, dövlət bazar iqtisadiyyatına heç bir müdaxilə edə bilməz. Çünki burada azad bazar sistemidir. İstənilən şəxs məhsulunu istədiyi qiymətə ala, yaxud sata bilər. Bazar iqtisadiyyatında süni qiymət artımı deyə bir ifadə yoxdur. Əgər ət məhsulu mənimdirsə mən onu 10 manata da, 20 manata da sata bilərəm. Bazar iqtisadiyyatında bunun qarşısını ala biləcək bir mexanizm yoxdur. Sual oluna bilər ki, niyə bəs xarici ölkələrdə qiymətlər Azərbaycandakı kimi artmır? Ona görə ki, xaricdə sağlam rəqabət var. Bazarda bir neçə rəqib olduğu üçün heç kim baha satıb müştərisin itirmək istəmir. Azərbaycanda isə inhisarlaşma var və məhsullar bir şəxsin əlində cəmləşib deyə qiymətə o istədiyi şəkildə hökm edə bilir. Beləliklə də qiymət artımı yaranır.

KECƏNİN BƏD XƏBƏRİi!!! QURBAN BAYRAMI: Döy başına öl ay kasıb - Kənd Təsərrüfatı NAZİRİ "LOM UDUB"?!

Belə məqamda bəs hökumət nə etməlidir? Hökumət kənd təsərrüfatının inkişafına dəstək verməlidir. Əgər kənd təsərrüfatı inkişaf edərsə və məhsul bolluğu yaranarsa bu qiymətlərə də öz təsirini göstərəcək. Mən sizin vasitənizlə dövlətə səslənirəm, hökumət nümayəndələrinə səslənirəm ki, sağlam rəqabət mühitinin formalaşmasına təkan versinlər. Sahibkarlara subsidiyalar versinlər, imkanlar və şəraitlər yaratsınlar ki, onlar da bazara məhsul çıxarda bilsinlər. Bu zaman həm bolluq həm də qiymətlər də münasib olacaq. Belə olmadığı təqdirdə hər hansısa bir qiymətin aşağı olmasından söhbət gedə bilməz. Bu gün isə ət bazarına məhsulların bir hsissəsi xarici ölkələrdən gətirilir. Xaricdən alınan mal-qara və ət məhsulları dollarla alındığından manata çevirdikdə böyük rəqəmlər əmələ gəlir. Bu da istər istəməz qiymətin bahalaşması deməkdir. Hesab edirəm ki, bayram ərəfəsində təşkil edilən yarmarkalar qismən də olsa bolluq yaradacaq və bu bolluq da qiymətlərə hər hansısa formada öz təsirini göstərəcək. Amma xüsusi bir ucuzluğun olacağı real görünmür".

KECƏNİN BƏD XƏBƏRİi!!! QURBAN BAYRAMI: Döy başına öl ay kasıb - Kənd Təsərrüfatı NAZİRİ "LOM UDUB"?!

Qeyd edək ki, "Qurban bayramı" ilə əlaqədar olaraq ətin qiymətində endirimin olub olmayacağı, qiymətlərin hansı aralıqda cərəyan edəcəyi, məhsul bolluğunun, yaxud qıtlığının olacağı və digər məsələlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlamağa cəhd etsək də zəngimizə cavab verilməyib.


Qaynarxett.az