backend

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılındı

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılındı














Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

“Report” xəbər verir ki, bu gün saat 9:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.