backend

Göyçayda müəllim özünü asdı - Direktorun bacısı oğludur

Göyçayda müəllim özünü asdı - Direktorun bacısı oğludur














Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib.

APA xəbər verir ki, 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb. İntiharın səbəbi məlum deyil.

Fakt üzrə rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

H.Həmidov 1 uşaq atası idi.

Qeyd edək ki, Hüseyn Həmidov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur.