backend

Hadı Rəcəbli: Pensiyalarda artım gözlənilir

Hadı Rəcəbli: Pensiyalarda artım gözlənilir






















“Pensiya və maaşlar insanların yaşayış minimumuna cavab verməlidir”.

Pensiyalar bir az çox olsa yaxşı olar. Dövlətin borcu odur ki, pensiyanı vətəndaşın dolanışığına uyğunlaşdırsın.

qaynarxett.az xəbər verir ki, bunu SalamNews-a millət vəkili Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, aşağı pensiya yaşayış minimumuna uyğun hesablanır: “Ölkə başçısının maliyyə orqanları qarşısında qoyduğu tapşırıq odur ki, pensiya və maaşlar insanların yaşayış minimumuna cavab verməlidir. Hazırda da bu istiqamətdə ardıcıl iş aparılır. Pensiyalar və maaşlar hər il artır. Yenə də artım gözlənilir”.