backend

Jurnalist Elza Seyidcahana şeirlə cavab verdi - "Tikim sənin şeirini, qəzəlini"

Jurnalist Elza Seyidcahana şeirlə cavab verdi - "Tikim sənin şeirini, qəzəlini"














Big.az saytının jurnalisti Rövşən Əsədov əməkdar artist Elza Seyidcahanın "Tikim sizin ağzınızı" şeirinə nəzirə yazıb.

Milli.Az xəbər verir ki, müğənniyə "Tikim sənin şeirini, qəzəlini" deyən jurnalist bu sözləri ilə E.Seyidcahanın şeirlərinin bəyənilməməsinə işarə vurub. Sözügedən şeiri təqdim edirik:

Payız gəlib əsdirəcək xəzəlini

Tikim sənin şeirini, qəzəlini

Tikim, tikim ilmə-ilmə

Bəniz aya, ulduzlara,

Göydə uçan ağ qarğaya,

Yerdə axan o nur çaya

Elza xanım, sən tez geyin

Geyin cırıq corabını

Fikirləşmə o yanını, bu yanını

Sən bu yolu düz get ancaq

Bayrağı biz tez sancaq

Başı qarlı o zirvəyə

Bu da məndən bir nəzirə

Nöqtə qoydum bu söhbətə!

Məlumat üçün bildirək ki, müğənninin şeir müsabiqəsdində münsif olması şairlər və ədəbiyyat adamları arasında kəskin tənqid olunmuşdu. Bundan sonra əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan ən son "Tikim sizin ağzınızı" adlı şeir yazaraq gündəmə gəlmişdi.